Duqin Ermənistan saytına:"Bütün Qarabağ Azərbaycan ərazisidir"

 

      Ermənistandakı hökümətyönlü KİV-lərdən biri, 1in.am saytı Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinlə müsahibə yayıb.

Haqqin.az portalı erməni dilində yayımlanan həmin müsahibənin ən aktual hissələrini rus dilində dərc edib.

A.Duqin bu yaxınlarda Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğaldan azad etdiyi Cocuq Mərcanlıya səfəri ilə bağlı sualı da cavablandırıb:"Hər şeydən əvvəl, siz bilməlisiniz ki, Rusiyanın fikrincə, təkcə Qarabağ ətrafındakı beş rayon deyil, həm də bütün Qarabağ Azərbaycanın ərazisidir. Bu beynəlxalq hüquqda da təsbit olunub. Və düşünürəm ki, mənim ölkəmin Azərbaycan torpağı kimi tanıdığı əraziyə baş çəkməyim təbiidir. İkincisi, bu Lələtəpənin şəhərətrafına səfər idi. Bunu heç cür hər hansı hərbi məqsədlərlə baş çəkmək adlandırmaq olmaz. Mənim əllərimdə silah yox idi və mən hərbi əməliyyatlarda iştirak etməmişəm. Sadəcə anlamaq istəyirdim ki, bu ərazidə nələr baş verir, onlar nə dərəcədə dağıdıcıdır, nə qədər təhlükəlidir və sonrakı hadisələr necə inkişaf edə bilər. Və təkrar edirəm: biz bu əraziləri Azərbaycan torpağı kimi tanıyırıq və istənilən Rusiya vətəndaşının orada olması tamamilə normaldır...”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300