Adnan Oktarın "kedicikləri" HƏR ŞEYİ AÇDI: Maliyyələşmə, siyasi amillər və ŞOK DETAL

 

"Adnan hoca” və "Harun Yəhya” adları ilə tanınan Adnan Oktar və onun təşkilatı ilə bağlı istintaq işləri davam edir.

Publika.az xəbər verir ki, dünən səhər saatlarında həbsedilən din xadiminin böyük sərvətə sahib olduğu ortaya çıxdıqdan sonra hər kəsi bu qədər sərvətin haradan qaynaqlandığı maraqlandırır.

Təşkilatda uzun illər qalan və yaxın zamanlarda qaçmağı bacaran Ceylan Özgül adlı "kedicik” və Ümid Quruca həbs əməliyyatlarından sonra təşkilat haqqında bütün bildiklərini media ilə bölüşüb. Onlar Adnan Oktarın təşkilatının xarici qüvvələr tərəfindən maliyyələşdiyini bildirib.

Etirafçıların sözlərinə görə, onlar hələ 2013-cü ildə təşkilatın Türkiyə əleyhinə işlər gördüyünü öyrəniblər. O zaman qaçmağa cəhd göstərsələr də, bacarmayıblar.

Ceylan Özgün təşkilat daxilində qadınların həbsdə saxlandığı və hücrədə yaşadığını bildirib. Ümid Quruca isə Amerikadakı bir çox fikir qurumlarına Türkiyə haqqında gizli bilgilərin transferinin təşkilat tərəfindən edildiyini etiraf edib. O, qeyd edib ki, təşkilatda kişilər arasında homoseksuallığı təbliğ ediblər. Təşkilat rəhbərinin ən yaxın adamlarından olan Ümid Quruca Adnan Oktarın Pentaqon və İsrail tərəfindən maliyyələşdiyini və tez-tez bahalı hədiyyələr aldığını bildirib.

Təşkilatın keçmiş üzvləri qeyd edib ki, Adnan Oktar prezident idarəetmə üsuluna qarşı olub və Abdullah Öcalana dəstək verib. Prezident Rəcəb Tayyib Ərdoğanı gizli şəkildə tənqid edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300