İtaliya Trampın çağırışına qarşı çıxdı
Axar.az xəbər verir ki, bu sözləri İtaliya Baş naziri Cuzeppe Konte deyib.
"İtaliya NATO-nun hərbi büdcəsi ilə bağlı öhdəliyinə əməl edib və büdcənin artırılması ilə bağlı öhdəliyimiz yoxdur”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə çağırış edərək NATO hərbi büdcəsinin artırılmasının vacibliyini vurğulamışdı.