Suriyadan ABŞ-ın istəyi ilə çıxası deyilik - İran

 

ABŞ-la danışıqlar aparmasının İran üçün heç bir əhəmiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bunu "Valday” klubunda çıxışı zamanı İran Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti deyib.

"Danışıqlar üçün heç bir əsas yoxdur. Güvənilməsi mümkün olmayan insanla necə danışıqlar aparmaq olar”, – deyə o bildirib.

Onun sözlərinə görə, İran gərək onunla imzalanan nüvə razılaşmasından fayda götürsün, əks təqdirdə bu razılaşmanın heç bir əhəmiyyəti yoxdur:

"Öhdəliklərimizi pozmuruq və razılaşmaya sadiqliyimizi davam etdiririk. İran bu razılaşmanı öz nüvə fəaliyyətini məhdudlaşdırmaq qarşılığında iqtisadi fayda götürmək üçün imzalayıb. Amerikalılar öz öhdəliklərini daim pozurlar. Biz bu razılaşmadan iqtisadi fayda götürməliyik. Burada qalıb, fayda götürməməyin mənası yoxdur”.

O, İranın Suriyadakı mövcudluğunu qoruyub saxlayacağını da söyləyib:

"İran hərbi məsləhətçiləri Suriyada qalacaq. Biz olmasaq, buradan Rusiya da gedəcək və terrorçular yenidən aktivləşəcək. İran Suriyada Dəməşqin dəvəti ilə vuruşur. Bizi ABŞ bura dəvət etməyib ki, o da buradan getməyimizi istəsin.

Suriyadakı mövcudluğumuzun İsraillə heç bir əlaqəsi yoxdur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300