Qaxda 28 yaşlı oğlanı çaqqal dişləyib

 

Qaxda bir nəfəri çaqqal, daha bir nəfəri isə sahibsiz it dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta 16 radələrində rayonun Əlibəyli kənd sakini 1990-cı il təvəllüdlü Qiorqi Hato oğlu Qiqlişvili yırtıcı heyvan, axşam saat 19 radələrində isə rayonun Güllük kənd sakini 1985-ci il təvəllüdlü Balay Yaqub oğlu Mənəfov sahibsiz it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxansına (MRX) daxil olublar.

MRX-dan APA-ya bildirlib ki, Qiorqi Qiqlişviliyə yaşadığı evin həyətyanı sahəsinə giriş qapısının yanında çaqqal hucum edərək sağ ayağından dişləyib. Balay Mənəfova isə Qax şəhəri ərazisində sahibsiz it hucum edərək sol ayağın baldır nahiyəsindən dişləyib. Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300