Əliyev Makrona məktub göndərdi- "Səylərinizə böyük ümidlər bəsləyirik”

 

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

"Hörmətli cənab Prezident, Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm

Azərbaycan-Fransa əlaqələri zəngin ənənələrə malikdir. Biz bu ənənələrin qorunub saxlanmasına, dostluq münasibətlərimizin daha da möhkəmləndirilməsinə, əməkdaşlığımızın davamlı və hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.

Siyasi, iqtisadi, mədəni əlaqələrimiz özünün dinamik inkişafı və əhatə genişliyi ilə səciyyələnir. Qarşılıqlı maraq kəsb edən bütün sahələrdə birgə səmərəli işimiz xüsusən məmnunluq doğurur.

Eyni zamanda, qarşılaşdığımız ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Biz Ermənistan tərəfindən torpaqlarımızın işğalına son qoyulmasını, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllini səbirsizliklə gözləyirik.

Bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300