Məşhur yazıçılara, siyasi məhbuslara işgəncə verilən qala:Vahiməli "Bastiliya"

 

Bu gün – iyulun 14-də Fransa, respublikanın əsas milli bayramı olan "Bastiliya” qalasının alınması gününü qeyd edir.

"Bastiliya” və onun məşhur məhbusları haqqında 15 faktı özündə əks etdirən icmalı oxuculara təqdim edirik.

Vahiməli "Bastiliya” qalası demək olar ki, tikintisi başa çatandan əsasən siyasi məhbuslar üçün həbsxana funksiyasını icra edib.

1789-ci ildə, iyulun 14-də Paris vətəndaşları və qiyamçı əsgərlər "Bastiliya” qalasına soxulur, məhkumları azad edir və silah anbarını ələ keçirirlər. Bu hadisə, mütləq monarxiyanın devrilməsinə gətirib çıxaran Böyük Fransa İnqilabının simvolu oldu. 14 iyul hadisəsindən sonra Paris bələdiyyəsi "Bastiliya” qalasının sökülməsi barədə qərar qəbul edib. Buna qədər isə, "Bastiliya” qorxunc nüfuza malik idi. Qala-həbsxanada işgəncə və qətllərlə müşayiət olunan, dəhşətli şəraitdə saxlanan məhbuslar barədə əsl əfsanələr gəzirdi.

1)Fransızlar öz milli bayramlarını "Bastiliyanın alınması günü” kimi adlandırmırlar


 

Bastiliyanın alınması günü Fransa və dünyanın bütün fransızdilli ölkələrində milli bayram kimi qeyd olunur. Dünyada 14 iyul təqvimi "Bastiliyanın alınması günü” kimi tanınsa da, lakin fransızlar bu günü sadəcə, "Milli bayram” yaxud "14 iyul” adlandırırlar.

2)Bastiliya əvvəlcə darvaza ilə örtülmüş qala idi


 

Bastiliya "Yüzillik Müharibə” zamanı Parisin şərq tərəfini İngiltərə qoşunlarından qorumaq üçün tikilmişdi və hündür darvaza ilə qapadılmışdı. İlk daşı 1370-ci ildə qoyulub, möhkəmlənməsi isə uzun illər çəkib. IV Henrixin (1589 – 1610) hakimiyyəti dövründə Bastiliyada kral xəzinəsi saxlanılırdı.

3)İngilislər Bastiliyanı ala bilmişdilər


 

V Henrixin başçılığı altında, "Yüzillik Müharibə” çərçivəsində, Azenkur döyüşündə qələbədən sonra ingilislər Parisi işğal edir. Fransanın paytaxtı 1420-ci ildən başlayaraq 15 il ərzində işğal altında qalır. Britaniya qoşunları Bastiliya, Luvr və Şato-de-Vensendə yerləşdirilmişdi.

4)Bastiliya həmişə həbsxana kimi fəaliyyət göstərmirdi


 

Bastiliya yalnız "Yüzillik Müharibə”dən sonra qala-həbsxana kimi istifadə olunmağa başlayıb. Bundan əvvəl fransız hökmdarlar, orada yüksək vəzifəli qonaqları qəbul edirdilər.

5)Kardinal Rişelye qalanı dövlət həbsxanası kimi istifadə edən ilk məmur idi


 

Kardinal Rişelye, XIII Lüdovik hakimiyyətə gələndə, ona təklif edir ki, qəsr yüksək vəzifəli şəxslər üçün dövlət həbsxanası kimi istifadə edilsin. Yeri gəlmişkən, Kardinal Rişelye haqda Aleksandr Düma öz "Üç muşketyor” romanında söz açıb. Məhbuslar əsasən siyasi və dini səbəblərdən bu həbsxanaya atılırdılar. "Günəş Kralı” ləqəbli XIV Lüdovik də öz düşmənlərini daim bu qorxunc qalaya atırdı.

6)Volter də Bastiliyanın quru divarlarını görüb


 

Fransua-Mari Arue, bu gün daha çox Volter kimi tanınan dahi yazıçı 1717-ci ildə hökumət naibinin və onun qızının ünvanına satirik şeirlər yazdığına görə, 11 ay müddətinə Bastiliyaya salınıb. Həbsxanada o, ilk pyesini yazıb və Volter təxəllüsü götürüb.

7)Əslində Volteri həbsxanaya iki dəfə salırlar


 

Bastiliya Volterin reputasiyasına nəinki zərər verir, əksinə ona müəyyən dairələrdə şöhrət gətirir. Volter 31 yaşında artıq varlı və populyar idi, lakin 1726-ci ildə yenidən həbsxanaya düşür. Səbəb də zadəgan-şevalye de-Roan-Şabo ilə mübahisə və duel olur.

8)Dəmir maskalı adam həqiqətən Bastiliyada məhbus idi


 

1998-ci ildə Leonardo Di Kaprio "Dəmir maskalı adam” filmində baş rol alır. Film Aleksandr Dümanın eyni adlı romanı əsasında çəkilib. Ekran əsəri böyük şöhrət qazanıb, amma çox az adam bilir ki, baş qəhrəmanın real prototipi var – Estaş Doje. Düzdür, 34 illik həbs müddətində onun üzündə gəzdirdiyi maska dəmirdən deyildi, sadəcə qara məxmərdən idi.

9)Zadəganlar arzu olunmayan qohumlarını Bastiliyaya göndərirdilər


 

İnsanları Bastiliya həbsxanasına yalnız "Lettre de cachet” (kral möhürü ilə məktub şəklində, bu və ya digər insanın məhkəmədən kənar həbsi haqqında əmr) əsasında göndərə bilərdilər və həbsxana "ictimai nizam-intizamın təmin edilməsi” üçün yer sayılırdı. Adi hallar olub ki, ata həbsxanaya öz tərs oğlunu göndərib, arvadı onun üstünə əlini qaldırmış ərini cəzalandırıb yaxud qız öz "ağlını itirmiş anasını” kral intizamına verib.

10)Markiz de-Sad "Sodomun 120 günü”nü Bastiliyada yazıb


 

Markiz de-Sad uzun illərini həbsxanada keçirib. Bastiliyada keçirdiyi 10 ildə o, özünün "Jyustin” (onun dərc olunan ilk kitabıdır) və "Sodomun 120 günü”nü yazıb.

11)İnqilaba qədər məhkumlara müəyyən güzəştlər olunurdu


 

Dəqiq məlumdur ki, inqilabdan əvvəl məhbuslara xüsusi güzəştlərdən istifadə etməyə şərait yaradılırdı. Kral 10 livr sutkalıq cəza ödəmək qaydası tətbiq etmişdi. Bu kifayət edirdi ki, onların yaxşı qidalanması və saxlanma şəraitinin normal olması təmin edilsin.

12)Hökumət 1789 ildən əvvəl də Bastiliyanın məhvi barədə düşünürdü


 

Hökumət hələ 1789-ci ildən əvvəl həbsxananın bağlanması barədə düşünürdü, hərçənd XVI Lüdovik buna qarşı idi. Şəhər memarı Korbe 1784-ci ildə 400 illik qalanı söküb, məhəllədə tam yenidənqurma aparılması planını təklif etmişdi.

13)Dağıdılmış Bastiliyanın yerində gilyotin dayanmışdı


 

1794-ci ilin iyununda inqilabçılar Bastiliyanın ərazisinə gilyotin (baş kəsilərək edilən edam aparatı) qoydular. O dövrdə terror Parisi cənginə almışdı. Maksimilian Robespyer cəmiyyətə qeyri-katolik din təlqin etməyə çalışırdı və həmin bu gilyotində 1794-ci ilin iyul ayında Robespyerin başı üzülür. Sonra gilyotini İnqilab meydanına aparırlar.

14)Corc Vaşinqtona Bastiliyanın açarını bağışlayıblar


 

Markiz de-Lafayet, hansı ki, Corc Vaşinqtonla dost idi, amerika inqilabı zamanı ona Bastiliyanın bir açarını göndərmişdi. Bu gün həmin açarı prezident muzey-iqamətgahında – Maunt Vernonda görmək olar.

15)Yerində fil heykəli ucaldılmışdı


 

Bastiliya dağıdılandan sonra Napoleon bu yerdə abidə ucaltmaq qərarına gəlir və müsabiqə elan edir. Təqdim olunan layihələrin içindən o, ən qeyri-adi variantı seçir – fil şəklində abidə-fəvvarə. Tunc filin hündürlüyü 24 metr olmalı idi və suyun boşaldılması üçün işğal zamanı ispanlardan əldə olunan toplardan istifadə edilməli idi. Amma nədənsə, filin yalnız ağacdan olan modeli tikildi və 1813-cü ildən 1846-cı ilədək Parisdə, Bastiliyanın yerində qaldı.

Zaur H.

yenicag.az

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300