Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib

 

Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib. Sinxua agentliyinin yaydığı məlumata görə, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi çox yüksək həddə çatıb. Bir neçə gündür davam edən leysanlar səbəbindən çaylarda suyun səviyyəsinin artması regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hökumət orqanları suyun səviyyəsini aşağı salmaq və daşqından dəyən zərəri azaltmaq məqsədilə bənd işinin təcili rejimə keçməsi barədə göstəriş verib.

Çuntsinlə yanaşı, Sıçuan əyaləti, eləcə də şimal-qərb əyaləti Qansu güclü yağışlara məruz qalıb. Zərər çəkmiş bölgələrə xilasetmə işlərini yerindəcə əlaqələndirmək məqsədilə xüsusi qruplar göndərilib. Təbii fəlakət kənd təsərrüfatına böyük ziyan vurub.

Sıçuan əyalətinin inzibati mərkəzi Çendu şəhərində arası kəsilməyən yağışlar səbəbindən təyyarə reysləri dayandırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300