Erməni təxribatı: Baş Qərvəndə od vuruldu
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.
Yanğın Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində
müşahidə olunur. Erməni hərbiçilərinin Qərvənd kəndi ərazisində törətdiyi
yanğın neytral ərazilərə yayılıb.
Hazırda yanğın təmas xəttinə yaxın Mirəşelli, Çıraxlı, Əhmədağalı kəndlərindən
aydın görünür.