Adnan Oktardan şikayət edənlər arasında Azərbaycan vətəndaşları da var

İyulun 11-də Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edənAdnan Oktarınrəhbərlik etdiyi qruplaşmaya qarşı şikayətçi olanların sayı günbəgün artmaqdadır.

 

Uluyol.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qruplaşmaya qarşı əməliyyatın başlamasından sonra son 5 gündə 45 nəfər polisə gedərək şikayət edib.

 

Bildirilir ki, 45 nəfərdən ikisi azyaşlı uşaqdır, onlara müxtəlif vaxtlarda təcavüz edilib.

 

11-18 yaşlarında olan 15 yeniyetmə də Oktar quruluşu tərəfindən cinsi istismara məruz qalıb.

 

Şikayət edənlər arasında Azərbaycan, Hollandiya, Qətər, Avstriya və Qazaxıstan vətəndaşları da var.

 

Qeyd edək ki, İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə-4 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar, onlarla maşın cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb.

 

Oktar Türkiyəyə aid gizli sənədləri və məlumatları MOSSAD vasitəsilə İsrailə ötürmə, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma və bir sıra digər maddələrlə ittiham olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300