Spirtli içkilər yığışdırıldı -Hökumətdən gözlənilməz qərar

Türkmənistanın paytaxtı Aşqabad və bir sıra bölgələrin inzibati mərkəzlərində spirtli içkilərin satışı qadağan edilib.

Teleqraf.com xəbər verir ki, qərar verildikdən dərhal sonra içkilər satış mərkəzlərindən müsadirə edilib.

Qərar Türkmənistanda 2018-2024-cü illəri əhatə edən alkoqolizmlə mübarizə proqramı çərçivəsində verilib.

Hökumətin bu qərarı verməsinin əsas səbəbi son zamanlar ölkədə alkaqollu içkilərdən zəhərlənmə hallarının artmasıyla bağlıdır.

Lakin ölkə rəhbərliyi və Türkmənistan KİV spirtli içkilərin satışının qadağan edilməsi ilə bağlı rəsmi məlumat yaymayıb.

"Azadlıq” radiosunun Türkmənistan bürosu hökumətinin qərarını "gözlənilməz” adlandırıb. Radio qeyd edir ki, hökumət vətəndaşlar və sahibkarları əvvəldən xəbərdar etməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300