Tramp Putinlə görüşdə heç kimə məhəl qoymadı

 

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Helsinkidə keçirilən görüşdə daha sərt mövqe nümayiş etdirməsi ilə bağlı administrasiya əməkdaşlarının tövsiyələrinə məhəl qoymayıb.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post” yazıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, zirvə ərəfəsində administrasiya əməkdaşları Trampa Putinlə danışıqlarda daha sərt mövqe nümayiş etdirə bilməsi üçün 100 səhifəlik informasiya materialı təqdim ediblər, lakin Tramp onların bir çoxuna məhəl qoymayıb.

Digər bir mənbə isə prezidentin müşavirlərinin Krım məsələsi, Rusiyanın seçkilərə müdaxiləsi kimi mövzulara toxunublar, Tramp isə oyunun gedişində öz qaydaları ilə oynamaq qərarını qəbul edib.

ABŞ dövlət katibi Mayk Pompeo və Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun da Putinə daha mənfi prizmadan yanaşmaqla bağlı təkidləri Trampın mövqeyini dəyişə bilməyib.

Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri ötən gün Helsinkidə görüşüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300