Bakıda ürəkağrıdan görüntü: qolu qırılmış qadına küçə təmizlətdirirlər -GÜNÜN FOTOSU

Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində, Nizami küçəsində "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir qolu qırılmış və ayaqüstündəgüclədayanan süpürgəçi qadın işə çıxarılıb.

 

Qaynarinfo xəbər verir ki, bu barədə "Facebook"daPərviz Bağırovadlı istifadəçi yazıb. O, qadının başını aşağı əyib çətinliklə küçəni süpürdüyünü qeyd edərək, onu bu vəziyyətdə işə çıxaran qurumu qınayıb:

 

"Bu səhər "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir süpürgəçi qadın gördüm. Bir əli qırılmışdı və başını aşağı əyərək çətinliklə küçəni təmizləyirdi. Belə anladım ki, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ürəyim ağrıdı. Ona pul təklif etdim, lakin qəbul etmədi. Nə edə bilərik? Onu bu vəziyyətdə kimlər işə çıxarır", - deyə P.Bağırov yazıb.

 

Məsələ ilə əlaqədar sözügedən əraziyə nəzarət edən 4 saylı Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. Lakin aidiyyəti şəxslər işdə olmadığından daha sonra əlaqə saxlamağımızı istədilər.

 

Çingiz Səfərli, qaynarinfo

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300