Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – AÇIQLAMA » Ulu Yol Xəbər portalı

       Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz –AÇIQLAMA

Xəbər verdiyimiz kimi xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb. Belə ki, onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Xalq artistinin elmi dərəcə alması sosial mediada və şəbəkələrdə heç də birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Uluyol.az bildirir ki, məsələ ilə bağlı Bizimyol.info -ya danışan təhsil eksperti Kamran Əsədov elmi adların və dərəcələrin verilməsi ilə bağlı qeyri-şəffaflıqdan və mövcud vəziyyətdən danışıb:

"Azərbaycanda elmi adların və elmi dərəcələrin verilməsi elmi tədqiqat işlərinin həyata keçirilməsi şəffaf obyektiv ədalətli şəkildə həyata keçirilmir. Bu gün Azərbaycanda kifayət qədər icra hakimiyyəti başçılar,ı dövlət orqanlarında çalışanlar var ki, professor, elmlər namizədidir. Görüntü xətrinə pafos xətrinə elmi ad alıb, halbuki dünyanın inkişaf etmiş ölkələrində bu kimi hallara heç vaxt rast gəlmək olmaz. Bu ənənə Sovet dövründən qalıb. Mənim xatırladığım qədərilə Nazpəri xanım bir neçə il öncə tələbə adını qazanmışdı. Bu onun məşhurluğundan çox-çox sonra baş verən bir hadisədir. Sonra onun magistratura, aspirantura təhsili ilə bağlı heç bir məqaləyə rast gəlməmişəm. Nəzərə alsaq ki, mən bütün məqalələri araşdırıram.

Məsələ budur ki, bu gün Azərbaycanda başı dolu, cibi boş olan adama yer yoxdur. Əgər pulun varsa, sən vaxtından öncə professor da ola bilərsən. Gərək birinci cibin dolu olsun, başın dolu olması isə sonraki məsələdir. Araşdırsanız Azərbaycanda o qədər savadlı adamlar, gənclər var ki, onlar aylarla, illərlə akademiyalarda, institutlarda növbə gözləyirlər. Onların elmi ad almaqlarına ciddi şəkildə maneəçilik törədilir. Təsəvvür edin, Azərbaycanda bir dənə də olsa gənc elmlər doktoru yoxdur. Dünyanın heç bir ölkəsində bu hallara yol verilmir. Elmlər akademiyası və elmi institutlar gənclərin elmə gəlmələrinə ciddi şəkildə maneəçilik törədirlər. Məşhurların bir çoxu isə pul verib işlərini yazdırırlar, lakin gecə-gündüz elmlə məşğul olan elmə faydalı olan insanlar isə müdafiəyə buraxılmır. Elə adamlara elmi adlar verilir ki, ona nəinki elmə, qoyun otarmağa belə icazə vermək olmaz. Onların hansı elmi tədqiqatları dünyaya məşhur olub? Bu tipli adamlar məmurları, məşhurları xaricdə də ciddi qəbul etmirlər.

Azərbaycandan kənarda elmdə və təhsildə rəhbər olan şəxslər var ki, tarixdən də xarici şəxslərlə danışan zaman tərifləyirlər ki gör necə də dahi adamdır. Tarixdən də yazır, biologiyadan da məqalə yazır, kənd təsərrüfatından da, siyasətdən də, iqtisadiyyatdan da məqalə yazır. Bilirsinizmi bu hadisə necə baş verir? Hansısa imkansız bir elm adamı məqaləsini çap etdirməlidir lakin pulu yoxdur və həmin adam məqaləni ondan alaraq çap etdirir. Bunun müqabilində isə məqalədə öz adını da qeyd etdirir. Bu gün Azərbaycanda elm bu vəziyyətdədir. Gedib elmi ad alanların yazdıqlarını oxuyun, hansında azərbycana töhfə verəcək məlumatlar dərc olunub? Hər kəs gedib Ukraynada və digər ölkələrdə magistr doktrantura dərəcəsi alıb azərbaycanda müdafiə edirlər. Elmi bu dərəcədə ucuzlaşdırmaq, bayağılaşdırmaq olmaz. Azərbaycanda təhsil fiaskoya gedir. Bu çox təəssüf doğuran haldır. Bizim illərlə qazandığımız uğurlar onlara görə hədər gedir. Azərbaycandaki elm adamları bu diqqətsizliyin, bu hörmətsizliyin nəticəsində xaricə çıxıb gedirlər. Ölkədə yalnız qondarma, əldəqayırma elm adamları qalıb. Bu məsələyə sözün əsl mənasında mövqe bildirməyin vaxtı çatıb.

Anlaya bilmədiyim bir məqam var ki müğənninin, məmurun əmək məcəlləsinə görə 8 saat iş müddəti var, sənin vəzifə səlahiyyətin necə imkan verdi ki, tədqiqat apardın? Bu şəxslərin heç birinin elmdən xəbəri yoxdur. Elmi işin müdafiəsi zamanı da 5 manat, 3 manat pul verirlər hər kəs də "uraa” deyib əl çalır və o elmi dərəcə alır, ancaq kim kasıb və yazıq balasıdırsa onları sıxışdıraraq elmdən iyrəndirirlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300