Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Zəyzit kənd sakini, 1965-ci il təvəllüdlü Ehsan Yaşar oğlu Abdullayev xəsarətlə xəstəxanaya daxil olub.

Hakim müayinəsi zamanı məlum olub ki, E.Abdullayevə ayı hücum edərək onu dişləyib. Xəsarət alan şəxsə tibbi yardım edilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə almaq üçün evə buraxılıb.

E.Abdullayev bu gün səhər saatlarında dağlıq ərazidəki meşə sahəsində mal-qarasını axtaran zaman ayının ona hücum etdiyini deyib. Ayı onu sürüyüb, daha sonra buraxaraq qaçıb. (APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300