Baş redaktor yenidən prokurorluğa çağırıldı » Ulu Yol Xəbər portalı

               Baş redaktor yenidən prokurorluğa çağırıldı

 

"Bastainfo.com” saytının rəhbəri Mustafa Hacıbəyli iyulun 20-də yenidən prokurorluğa çağırılıb.

 

Bu barədə Toplum Tv-yə Mustafa Hacıbəyli məlumat verib.

 

Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar təxribat xarakterli məlumatlar yayılıb.

 

Bu məqsədlə məhkəmə qərarı olmadan, Baş Prokurorluğun təqdimatı ilə 4 sayt bloklanıb.

 

Onlardan biri də "bastainfo.com”-dır.

 

Mustafa Hacıbəylinin sözlərinə görə, prokurorluğun "Bastainfo”-ya qarşı bütün ittihamları əsassızdır:

"Heç vaxt qanunu pozmadıq və qanunsuz çağırış etməmişik. Mənbə göstərmədən və yoxlamadan heç bir yazı dərc etməmişik. Bizə qarşı bu qərarlar və ittihamlar Azərbaycanda söz azadlığının boğulması istiqamətində atılan növbəti addımlardır”.

 

"Sərhədsiz Repotyorlar” Təşkilatı da Avropa liderlərinə məsələ ilə bağlı çağırış edib.

 

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, İlham Əliyev Avropa liderləri ilə görüşlərində Azərbaycanda söz azadlığına əməl olunduğunu deyir, lakin ölkədə media nümayəndələrinə təzyiqlər davam edir.

 

Təşkilat vurğulayır ki, iyulun 10-da Azərbaycanda 4 sayt məhkəmə qərarı olmadan Baş prokurorluğun göstərişi ilə bloklanıb.

 

Onlardan biri olan "bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli qaldırılan cinayət işi üzrə şahid qismində dindirilmək üçün 5 gün dalbadal prokurorluğa çağırılıb. İyulun 14-də saytın digər əməkdaşları prokurorluğa çağırılıb.

 

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

 

Nigar Mübariz, Toplum.tv

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300