“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub » Ulu Yol Xəbər portalı

              "WhatsApp”, "Facebook” və "Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub

 

Mobil cihazların qorunması üzrə qlobal lider olan "Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib.

"iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub.

AZƏRTAC "SecurityLab www.securitylab.ru" resursuna istinadən bildirir ki, əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.

İkinci rübdə "qara siyahı"ya daha çox düşən mobil proqramlar reytinqində "Facebook Messenger" və "WhatsApp"ın "Android" və "iOS" versiyaları, eləcə də "Android" üçün "Wickr Me" və "iOS" üçün "Tinder" yer alıb.

Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300