Nabranda istirahət mərkəzlərindən birində 3 yaşlı uşaq itkin düşüb » Ulu Yol Xəbər portalı

          Nabranda istirahət mərkəzlərindən birində 3 yaşlı uşaq itkin düşüb

 

Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

 

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.

 

Axtarış işləri meşəlik ərazidə və suda aparılır.

 

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Əlavə məlumat veriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300