İstanbulda "əsrin qarəti"
Bu gün səhər İstanbulun Fatih rayonunda naməlum silahlı şəxslər yerli banklardan birinin şöbəsini qarət ediblər.
Trend-in məlumatına görə, ümumilikdə şöbədən 150 min ABŞ dollarının oğurlandığı bildirilir.
Yerli KİV-lər bu oğurluq faktının müasir İstanbul tarixində ən böyük qarətlərdən biri olduğunu yazır.
Cinayətkarların axtarışı davam edir.
Digər təfərrüatlar barədə məlumat verilmir.