Azərbaycanın məmur qardaşları:kim kimlə qardaşdır? (SİYAHI)

Ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul dövlət məmurlarının həyatı ictimai diqqət çəkir. Əslində burada qəribə bir şey də yoxdur. Bir insan məşhurdusa, yüksək dövlət vəzifəsi daşıyırsa, ictimaiyyətin onun həyatına, ətrafındakı insanlara maraq göstərməsi təbiidir.

 

Qaynarinfoxəbər verir ki, azxeber.com Azərbaycanda yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırma aparıb.

 

Araşdırma nəticəsində məlum olub ki:

 

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəqardaşdır. Əhməd Əhmədzadənin 73, Mübariz Əhmədzadənin isə 71 yaşı var. Ə.Əhmədzadə 12, M.Əhmədzadə isə 9 ildir eyni vəzifəni daşıyır.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədriKərəm Həsənovla Milli Məclisin deputatıMalik Həsənovqardaşdır. Kərəm Həsənovun hazırda 49, Malik Həsənovun isə 47 yaşı var. İddialara görə, M.Həsənov paralel olaraq qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ölkənin ən böyük tikinti şirkətlərindən olan "Azinko”nun sahibidir.

 

Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qardaşdır. Xanlar Vəliyevin 63, Elmar Vəliyevin isə 58 yaşı var. E.Vəliyev bir müddət öncə sui-qəsdə məruz qalsa da, hazırda səhhəti yaxşıdır və müalicəsini davam etdirir.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəilə Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşdır. Şeyxülislamın 69, C.Paşazadənin isə 65 yaşı var. Hələ sovetlər dönəmindən bütün Qafqazın Şeyxi statusunu qoruyan A.Paşazadə tarix elmləri doktoru, professordur.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tarıyel Qurbanov qardaşdır. Mübariz Qurbanlının 64, Tarıyel Qurabanovun isə 59 yaşı var. M.Qurbanlı eyni zamanda hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavinidir.

 

Xatırladaq ki, vaxtilə yüksək vəzifə daşımış sabiq məmurlar arasında da qardaşlar az olmayıb.

 

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Milli Məclisin keçmiş deputatıElton Məmmədovla, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev"Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyevlə, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev Səbail rayon Polis İdarəsinin keçmiş rəisiNazim Nağıyevlə, sabiq Təhsil naziri Misir Mərdanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbərinin müavini İlham Mərdanovla qardaşdırlar.

 

Qardaşlar nümunəsi digər sahələrdə də var. Misal üçün "ATV” teleradio şirkətinin rəhbəri Azər Xəlilovla "CBC” teleşirkətinin rəhbəri Vüqar Xəlilov qardaşdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300