Ronaldo "Instagram”da hər paylaşımına görə 640 min avro qazanır

 

İtaliyanın "Yuventus” komandasının futbolçusu Kriştianu Ronaldo "Instagram” hesabındakı hər paylaşımına görə 640 min avro qazanır.

"Report” "Hopper HQ” servisinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır.

İlk "10-luq”dan Fransa təmsilçisi PSJ-nin braziliyalı hücumçusu Neymar (512 min avro) və İspaniyanın "Barselona” komandasının argentinalı kapitanı Lionel Messi də yer alıb (426 min avro).

Qeyd edək ki, bir müddət əvvəl "Real Madrid”dən "Yuventus”a 112 milyon avroya transfer olunan Ronaldunun "Instagram”da 137 milyon izləyicisi var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300