Zamirə Hacıyevanın London mülkləri müsadirə olunur - FOTO

 

Böyük Britaniyanın məşhur "Daily Mail” qəzeti Azərbaycanla bağlı maraqlı yazı dərc edib.

Məqalədə deyilir ki, Londonda yaşayan bir azərbaycanlı qadına qarşı iş qaldırılıb. Buna səbəb onun Harrods adlı ticarət mərkəzində 10 il ərzində 16 milyon funt sterlinq dəyərində alış-veriş etməsinin aşkara çıxarılmasıdır. Bu məlumatı əldə edəndən sonra qadınla bağlı araşdırma aparan Milli Cinayət Agentliyi müəyyən edib ki, bu şəxsin Londonda iki mülkü var və onların dəyəri 22 milyon funt sterlinqdir.

Milli Cinayət Agentliyi bu il korrupsiya və çirkli pullarla mübarizə ilə bağlı qəbul olunmuş qərara uyğun olaraq bu addımı atıb. Agentlik bu məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edib və məhkəmə artıq araşdırma prosesinə başlayıb.

O da bəlli olub ki, qadının əri xarici ölkədə bankir kimi fəaliyyət göstərib və həzırda həbsxana həyatı yaşayır. Milli Cinayət Agentliyi müəyyən hüquqi səbəblərdən hələlik qadının adını elan etməyib. Londonda 22 milyon funt sterlinqlik daşınmaz əmlakı olan bu qadın əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməsə, onların müsadirə ediləcəyi gözlənilir.

Milli Cinayət Agentliyi hesab edir ki, qadına məxsus bu iki evi onun əri bankirlik edərkən qanunsuz yolla əldə edib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, 55 milyon funt sterlinqlik varidatı olan bu ailə 10 il əvvəl Böyük Britaniyada investor vizası alıb.


 

Milli Cinayət Agentliyini məhkəmədə təmsil edən Conatan Xoll bildirib ki, "qadın 10 il ərzində "Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinq pul xərcləyib və bu məbləğin necə əldə edildiyini müəyyənləşdirmək istəyirik”.

Bankirin xanımı məhkəməyə təqdim etdiyi izahatda ərinin bu pulları uğurlu biznes fəaliyyəti nəticəsində əldə etdiyini iddia edib. Milli Cinayət Agentliyinin nümayəndəsi qadının izahatında irəli sürdüyü fikirlərlə razı olmadıqlarını deyib. Buna səbəb, onların qadının dövlət bankında işləmiş ərinin uğurlu biznes fəaliyyəti ilə bağlı internet məlumatlarını tapa bilməmələridir.

Cənab Xoll deyir ki, adam uğurlu biznesmen idisə, niyə onun belə fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç nə yoxdur?

Qadının vəkili Ceyms Lyuis Milli Cinayət Agentliyini müdafiə etdiyi şəxsin əri haqqında həqiqətə uyğun olmayan mövqedə günahlandırır. Vəkil bildirir ki, qadının əri doğrudan da uğurlu iş adamı olub. Lyuis onu da qeyd edib ki, qadının əri ölkəsində ədalətsiz məhkəmə hökmü nəticəsində həbsxanadadır. Vəkil hesab edir ki, qadının əri nə qədər ki, həbsxanadadır, əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməz. Bunun üçün onun ərinin azadlıqda olması lazımdır.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, məqalədə söhbət Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevdən və onun həyat yoldaşı Zamirə Hacıyevadan gedir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300