Əbülfəz Məlikovun şübhəli və olduqca təhlükəli ...

 

Gömrüyün qeyri-rəsmi şefi fəaliyyətdə olduğu müddətdə təkcə gömrük sisteminin işini iflic etməyib

 

Son günlər Azərbaycana qarşı kənar təxribatların artması müşahidə olunsa da, bu yöndə ölkəmizin hüquq-mühafizə orqanlarının gərəkən və vaxtında gördüyü tədbirlər hər bir düşmən qüvvənin son nəticədə yerində oturdulması ilə nəticələnməkdədir. Elə Gəncə olaylarının arxasında kimlərin dayanması və bu hadisələrlə bağlı atılan sərt addımları qeyd olunan qəbildən hesab etmək olar.

 

Bununla bağlı dia.az saytına olduqca maraqlı açıqlamalar verən mötəbər mənbə iddia edir ki, əslində uzun zamanlar Azərbaycanda şəbəkələşməyə müvəffəq olan təhlükəli qüvvələrin əllərində iqtisadi rıçaqlar da yetərincədir. Bu yöndə isə gömrük orqanlarının buraxdığı yanlışlıqlar və nəticədə həmin düşmən qüvvələrin xüsusi imkanlar əldə etməsi də iddia olunmaqdadır.

 

Məlumatlı mənbə dia.az-a açıqlamasında iddia edir ki, zamanında Azərbaycan gömrüyünün qara bəlası kimi dəyərləndirilən "Trans Broker” MMC və onun rəhbəri olmuş, hazırda "Gilan” Holdinqdə "gizlənən” Əbülfəz Məlikov fəaliyyətdə olduğu müddətdə təkcə gömrük sisteminin işini iflic etməyib, eyni zamanda Azərbaycan üçün təhlükəli hesab olunan qüvvələrlə də müəyyən iş birliyinə gedib.

 

Mənbənin dia.az-a söylədikləri: "Əbülfəz Məlikov o qədər pula meyilli adamdır ki, o, hətta düşmən Ermənistanla sıx ticarətdə olan xarici şirkət rəhbərlərinin də Azərbaycanda təmsilçiliyini edib, onların biznesini ölkəmizdə çiçəkləndirib”.Bu ağır ittihamı səsləndirən mənbəyə görə, Əbülfəz Məlikovun "Trans Broker” şirkətinin xətti ilə məsələn, İrandan ayrı-ayrı şübhəli şəxslərə aid yüklər rahatlıqla Azərbaycan əraizisinə daxil olub ki, hazırda bu kimi fəaliyyətlər imkansızdır.

 

Əbülfəz Məlikov fəaliyyətdə olduğu müddətdə təkcə gömrük sisteminin işini iflic etməyib, eyni zamanda Azərbaycan üçün təhlükəli hesab olunan qüvvələrlə də müəyyən iş birliyinə gedib.

 

Xatırladaq ki, dünən Əbülfəz Məlikovun həbsi xəbəri də yayılmışdı. Bununla bağlı danışan mənbə bildirir ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova sığınan Əbülfəz Məlikov əslində çoxdan həbs olunmalıdır: "Amma hələlik həbsdə deyil, "Gilan” Holdinqdədir və hazırda xarisdə olmalıdır. Amma onun da qara günlərinin yaxınlaşacağı istisna deyil...

 

Mənbəmiz Əbülfəz Məlikovun şübhəli və təhlükəli biznes əlaqələri ilə bağlı da maraqlı faktlar təqdim edib Həmin məlumatları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin.

 

Qarşı tərəfi də dinləməyə hazırıq...

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300