"Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər! Bu gün qeydiyyat üçün son gündür

 

III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər bu gün saat 23:59-dək http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə "Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

"Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), bakalavrların yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan tanış ola bilərsiniz.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300