Ərdoğan: "Təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik”

 

"Bizə hədə-qorxu gəlmək heç kimə bir şey qazandırmaz. Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik”.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

O deyib ki, Türkiyədə dini azlıqlarla bağlı problem yoxdur: "Lakin ABŞ-da evanqelist, sionist anlayışın bu tərzdə danışmasını əsla qəbul etmirik. Azadlığımızı, məhkəmə sistemin müstəqilliyini qoruyaraq yolumuza davam edəcəyik”.

ABŞ Dövlət Departamenti isə rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi xəbərdarlığının çox ciddi olduğunu açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Hizer Noyret bildirib ki, rahib ev dustaqlığına buraxılsa da, bu, yetərli deyil.

Qeyd edək ki, rahib Endryu Branson FETÖ və PKK təşkilatlarına casusluqda ittiham olunaraq 2016-cı il dekabrın 9-da həbs olunub. ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin bu məsələni gündəmə gətirməsi və Türkiyəni sanksiyalarla təhdid etməsi ilə iki ölkə arasında münasibətlər gərginləşib. Ötən ay Endryu Bransonun növbəti məhkəməsi keçirilib və o, ev dustaqlığına buraxılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300