Kaliforniyada meşə yanğınları daha da çox əraziyə yayılıb

 

Çərşənbə günü Kaliforniya ştatının tarixində ən dəhşətli meşə yanğınlarından biri 1000-dən çox evi viran qoyub, 200-ə yaxın evi isə zədələyib.

Yanğınsöndürənlər ştatın şimal hissəsində, Reddinq şəhəri yaxınlığında hələ də yanğınla mübarizə aparır. Qubernator Cerri Braun yanğını söndürmək üçün bütün resurslardan istifadə edəcəyini vəd edib.

Yüksək temperatur və quraqlıqlar barədə hava proqnozları yanğınla mübarizəni çətinləşdirir.

Lakin yanğınsöndürənlər altı nəfərin həyatına son qoyan ölümçül yanğınların 35 faizinə nəzarəti ələ ala bilib.

Cümə axşamı cənubda başlayan yeni meşə yanğınlar isə Milli Mendosino Meşəsi yaxınlığında yerləşən Kovelo şəhəri üçün təhlükə yaradır.

Milli parkın işçiləri Yosemit vadisi və digər ərazilərin Ferquson yanğınlarından yaranan tüstüyə görə ən azı bazar gününə qədər bağlı olacağını bildirib.

Bu ərazi səkkiz gün əvvəl bağlanıb ("Amerikanın səsi").

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300