Rüfət Quliyev siqaret istehlakçılarını aldatdıqlarını açıq şəkildə bəyan etdi

«Fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır»

"European Tobacco Baku” ASC tütün şirkətinin Idarə heyətinin sədri, deputat Rüfət Quliyev daxili bazarda satılan siqaretlərdən bəhs edib. Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: "Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var.

Əgər tələb-təklif qanunu pozulursa, deməli, o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək”. Rüfət Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: "Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”.

Görəsən, istehlakçının açıq-aşkar aldadılmasına görə (biz hələ Rüfət Quliyevin deputat ola-ola bizneslə məşğul olduğunu açıq şəkildə bəyan etməsini demirik) istehsalçı şirkətin vəzifəli şəxsləri hansı məsuliyyət daşıyır? Onları cinayət məsuliyyətinə cəlb etmək olarmı?

Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, istehlak istehsalçı şirkətin tələblərinə cavab vermirsə və keyfiyyətdə alıcıları aldatmaq məqsədi olubsa, Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə istehlakçıları aldatmağa görə cinayət məsuliyyətinə cəlb edilmək mümkündür: "Həmin maddəyə görə onlar cəzalandırlmalıdırlar. Lakin hər bir halda bu məsələlər araşdırılmalı və həmin məhsulun keyfiyyəti dəqiq, dürüst müəyyən edilməlidir. Keyfiyyətin tütün məmulatları üçün nəzərdə tutulan istehlak normasına uyğun olub-olmaması məsələsi araşdırılmalı və sonradan həmin şəxsin əməllərinəhüquqi qiymət verilməlidir. Bu faktlar təsdiq olunsa, onlar Cinayət Məcəlləsinin 200-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov siqaretlərin eyni formada istehsal edilməsinin tərəfdarı olduğunu deyir. O, istehsalçıların istehlakçıları cəlb etmək üçün siqaretlərin fərqli formada buraxıldığını söyləyir:

"Siqaretin hamısı təhlükəlidir. Hətta yüngül olduğu deyilən siqaretlər də nikotin tərkibi baxımından təhlükəlidir. Insanların cürbəcür siqaretləri istehlak etmələri mahiyyəti dəyişdirmir. Cürbəcür markada istehsal edilən məhsulun hamısının tərkibi eynidir. Heç bir siqaret nikotinin azlığına və onu tərgitməyə xidmət etmir. Siqaretlərin cəlbedici qablaşdırılması istehlakçıların siqaret çəkməyə cəlb edilməsi üçün qiymətləndiriləbilər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300