Tarixə qovuşan cihazlar... sırada hansılar var? » Ulu Yol Xəbər portalı

               Tarixə qovuşan cihazlar...sırada hansılar var?

 

Yaxın vaxtlarda işıqforlar, kompüter klaviaturası və şprislərə də ehtiyac qalmaya bilər

Müasir texnologiya inkişaf etdikcə həyatımızın bir hissəsinə çevrilən əşyalar, cihazlar tarixə qovuşur. Məsələn, dijital mühitə keçdikdən sonra CD-lər də getdikcə tarixə qovuşmağa başlayıb. İllər öncə vallar, kasetlər sıradan çıxdığı kimi CD-lərin də son zamanlar getdikcə dəbdən düşdüyünün şahidi oluruq.

Artıq insanlar musiqiləri CD yerinə USB-lərə yükləməyə üstünlük verir. Hansı ki, bundan əvvəl val və kasetlərin tarixə qovuşmasına səbəb CD-lər, kompakt disklərin ortaya çıxması olmuşdu.

Öncə çoxdan tarixə qovuşmuş vallardan söz açaq. Ötən əsrdə müasir və klassik musiqinin yayılmasında valların çox böyük əhəmiyyəti olub. İmkanlı şəxslərin evində qrammofon və maraqlı valların olması bir dəb halını almışdı. Vallar dedikdə yaşlı və orta nəslin yadına 40-50 il bundan əvvəl, "Rok-and Roll”un məşhur olduğu vaxtlar düşür. Bu baxımdan yaşlı nəsil üçün nostalji xatirə, dəyərli yadigar hədiyyədir desək, yanılmarıq. Həmin dövrdə musiqisevərlər daha çox vallarda Elvis Presli və "Beratles” qrupunun mahnılarını, eləcə də klassik musiqiləri, məşhur xanəndələrin muğam ifalarını dinləyirdi. Lakin 20-ci əsrin sonuna yaxın audiokasetlər, rəqəmsal media, CD və MP3-lərin ortaya çıxması ilə vallar sıradan çıxmağa başladı. Bundan sonra qrammofon və vallar yalnız kolleksiya kimi insanların maraq dairəsində oldu.

“VHS” ile ilgili görsel sonucu

 

Azərbaycan müstəqilliyini qazandığı dövrlərdə isə "VHS” kasetləri yeni vüsət almağa başladı. Hər kəs, xüsusən də gənclər yeni videomaqnitofonlar alıb, müxtəlif lent yazılarından, o cümlədən Azərbaycan və türk müğənnilərinin mahnılarından ibarət kasetləri dinləməyə çalışırdı. Bütün toy yazıları bu cür kasetlərə köçürülürdü. Sənətçilər də kaset buraxmaq üçün sanki yarışa çıxırdı. Təxminən 2000-ci illərə qədər bu vəziyyət davam etdi. Lakin getdikcə CD-lər dəbə düşdükcə "VHS” kasetləri tarixə qovuşmağa başladı. İndi çox nadir hallarda kimsə videomaqnitofanı açıb bu cür lent yazılarına baxır. Hətta dünyada da bu cihazlara olan tələbat sıfıra enib. Bu səbəbdən klassik videomaqnitofon istehsal edən bir çox məşhur şirkətlər öz fəaliyyətini dayandırdığını açıqlayıb. Üstəlik, bu cür cihazları istehsal etmək üçün tələb olunan komplekt hissələri tapmaq da müşkül məsələyə çevrilib.

kasetlər ile ilgili görsel sonucu

 

Bununla belə, bəzi mütəxəssislər iddia edir ki, tarixə qovuşan kasetlər yaxın zamanlarda yeni görkəmlə bazarı zəbt edəcək. Xüsusən də Amerikada kaset və vallara maraq getdikcə artmaqdadır. "Nielsen Media”nın araşdırmasına görə, ABŞ-da 2017-ci ildə radio kasetlərinin satışı 35 faiz artaraq 174 minə çatıb. Vallar isə 2017-ci ildə albom satışlarının 14 faizini təşkil edib. Media serverlər əsasən köhnə kasetlərə qayıtmağı üstün tutur.

Lakin araşdırmalar onu göstərir ki, insanlar CD və DVD-lərə nisbətən daha çox vallara maraq göstərir. Hətta bundan əvvəl CD və DVD istehsal edən şirkətlər 1980-ci ilin texnikasından istifadə edərək yeni vallar istehsal edib, satışa başlayıb. Məsələn, "Astorun” şirkəti Almaniya və Hollandiyanın val şirkətləri ilə əməkdaşlıq edir. Şirkət ildə iki milyondan çox val istehsal edildiyini və vala olan tələbatın getdikcə daha da artdığını açıqlayıb. Eləcə də Britaniyada valların satışı rəqəmsal yükləmələri geridə qoymaqdadır. Təkcə ötən il Avstraliyada 15 milyon val satılıb. Bu ölkədə val satışı hər il daha da artmaqdadır.

CD-DVD ile ilgili görsel sonucu

 

Məşhur "Sony” şirkəti də bu il yenidən valların istehsalı üçün zavod açacağını bəyan etmişdi. Qeyd edək şirkət bundan əvvəl val istehsal edib. Lakin 1989-cu ildə vallar tarixə qovuşmağa başlayanda onun istehsalını dayandırmışdı. Belliklə, tarixə qovuşan vallar yenidən geriyə dönüş etməyə başlayıb. Əksəriyyət bu dönüşü "vinil inqilabı” adlandırır. Bu cür adlandırılmasının səbəbini isə valların polivinil-xlorid kimyəvi maddəsindən hazırlanması ilə əlaqələndirirlər.

Bəzi mütəxəssislər qeyd edir ki, digər musiqi cihazlarına, o cümlədən rəqəmsal vasitələrə, disklərə, maqnit lentlərə nisbətən vallara bu qədər marağın olması onlarda musiqinin daha yaxşı, effektli səslənməsi ilə bağlıdır. Belə ki, mütəxəssislərin fikrincə, iynənin val cığırları ilə sürüşməsindən doğan səs, yağışın, küləyin, təbiətin səsi kimi mexanikidir və qulağa daha doğma gəlir. Bəziləri isə qeyd edir ki, əksinə, valın üstündəki mexaniki cığırlar səsin heç də bütün incəliklərini ifadə edə bilmir, həmçinin müasir valların əksəriyyəti onsuz da rəqəmsal vasitələrdən köçürüldüyündən keyfiyyətcə onlardan fərqlənmir.

CD-DVD ile ilgili görsel sonucu

 

Bəs daha hansı cihazlar tarixə qovuşa bilər? Amerikalı mütəxəssislər iddia edir ki, yaxın vaxtlarda işıqforlar da tarixə qovuşacaq. Bu iddia böyük maraq doğurub. Amerikanın Karnegi-Mellon Universitetindən olan alimlər avtomobillər arasında avtomatik siqnalın köməyi ilə hərəkəti tənzimləyən cihaz icad edərək dörd yolayrıcından işıqforları götürməyi təklif ediblər. İlk keçirilən sınağın nəticələri son dərəcə effektiv olub. Alimlər öz tədqiqatında avtomobilin bort kompüterinə bərkidilmiş məlumat mübadiləsi sistemindən istifadə ediblər. Sistem GPS-koordinatları, avtomobilin hərəkət sürəti və onun istiqaməti haqqında informasiyanın ötürülməsini həyata keçirir.

Kompüter bütün qonşu avtomobillərdən alınmış informasiyanı təhlil edir və buna əsasən sürücüyə informasiya verir ki, getmək və ya dayanmaq, yaxud da başqa avtomobilə yol vermək daha münasibdir. Sınaq nəticəsində aydın olub ki, yeni sistem vaxta 20 faiz qənaət etməyə imkan verir. Eyni zamanda tıxacları əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq. Lakin cihazın çatışmayan tərəfləri də var. Belə ki, hələlik cihaz heç vaxt piyadaların yerdəyişmələrini nəzərə ala bilmir. Əlbəttə, onları "smartfon”da proqramın köməyi ilə bu sistemə daxil etmək olar, ancaq kimdəsə telefon olmaya bilər. Bundan başqa, sistem yalnız düz bucaq altında tikilən dörd yolayrıcında işləyir, başqa konfiqurasiyalar hələ dəstəklənmir.

Yüz illər boyu istifadə edilən şpris iynələrin də tarixə qovuşacağı barədə iddialar var. ABŞ alimləri bu yaxınlarda uşaqların, eləcə də böyüklərin xoşlamadığı şpris iynələrin yerini əvəz edə biləcək cihaz icad edib. Həmin cihaz ağrısız inyeksiyanın həyata keçirilməsinə imkan verir. Alim İan Hunterin sözlərinə görə, hazırladıqları cihaz hipodermik iynədən istifadə olunmadan dərmanı saniyədə 340 metr səs sürəti ilə ağrısız dəri altına yeridə bilir. Alimlər bu ixtiranın yüz illərdən bəri istifadə olunan şprisləri uğurla əvəz edəcəyinə ümid edir.

Maraqlıdır ki, kompüter ekran və klaviaturasının da tarixə qovuşacağı barədə iddialar var. Texnologiyada liderliyini qoruyan, səslə idarəetməni bütün məhsullarda tətbiq etməyi hədəfləyir "Google” şirkətinin mühəndislərindən olan Skot Hofmanın sözlərinə görə, güclü kompüter sistemi artıq avtomobillərə və paltarlara da uyğunlaşdırıla bilir. Bu cür istifadə zonalarının heç birində artıq ekran və klaviaturaya ehtiyac qalmayacaq. Onu da əlavə edək ki, "Google” axtarış sistemi olan Chromeun və yenicə aldığı «Motorola» şirkətinin Moto X modelinin qapalı vəziyyətdə səsli əmrlərlə idarə oluna bilməsini təmin edən xüsusi qurğuya sahibdir.

Xalidə GƏRAY, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300