Rusiyada bolşevik ənənələri bərpa olunur

 

Putin ordu üzərində ideoloji nəzarəti bərpa edir; General Kartapolov ön plana çıxarılır

Bu həftə Rusiya prezident Vladimir Putin silahlı qüvvələrdə "hərbi-siyasi idarə”nin yenidən dirçəldilməsi ilə bağlı fərman imzalayıb. Putinin bu fərmanı 100 il öncə bolşeviklər tərəfindən yaradılan "Ümumrusiya hərbi komissarlarının bürosu”nu xatırladır.

Fransanın "Le Figaro” qəzetinin yazarı Emmanuel Qrinşpanın yazdığına görə, yeni idarənin hansı işlə məşğul olacağı, nə yöndə fəaliyyət göstərəcəyi hələ bəlli deyil.

Rusiyanın "Vedomosti” həftəlik qəzetinin xəbərinə əsasən Müdafiə Nazirliyi yeni orqanın "Şəxsi heyətlə iş üzrə baş idarə” əsasında yaradılacağını bildirib.

İdarənin həmçinin 2016-cı ildə Müdafiə Nazirliyi tərəfindən "8-18 yaş arası gənclərin hərbi-vətənpərvər ruhunda tərbiyə olunması üçün” yaradılan "Yunarmiya” adlı hərəkatı kurasiya edəcəyi söylənilir. Nazirliyin məlumatlarına görə, təşkilatın 230 min gənc üzvü var.

Картинки по запросу Yunarmiya

 

Bir də o məlum olub ki, Suriya və Donbasdakı döyüşlər, Ukrayna səmasında MH17 təyyarəsinin vurulması ilə bağlı yalan məlumatların yayılması ilə "şöhrət” qazanmış Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti də yeni idarənin ixtiyarına verilib.

Jurnalist Emmanuel Qrinşpan qurumun rəisinin adını da açıqlayıb. Bu 54 yaşlı general-polkovnik Andrey Kartapolovdur.

Andrey Kartapolov 2016-cı ildən bu yana Rusiyanın Suriyadakı ordu qruplaşmasına komandanlıq edir. Bundan öncə o, Müdafiə Naziriliyində ən mühüm orqanlardan sayılan baş operativ idarənin rəisi olub. Bu həftənin 1-ci günü Putin tərəfindən qəfildən müdafiə nazirinin müavini də təyin oluan Kartapolov indiyə qədər siyasi xarakterli işə rəhbərik etməyib.

Картинки по запросу генерал андрей картаполов putin

 

"Bu əsl sovet dövrünün ənənələrini bərpa etməkdir. Bu gün bizdə qanunvericilk qaydasında dövlət ideologiyasının nə olduğu müəyyənləşdirilməyib. Ona görə də bu idarənin konkret olaraq hansı səlahiyyətlərə malik olduğunu da bilmirik. Üstəlik, həmin vəzifə üçün nəzərdə tutulan adamın nə edəcəyi barədə təsəvvürüzmüz də yoxdur. Bu ya hansısa məxfiliyin qorunmasıdır, ya da aparat müharibələrinin bir əlaməti..”, - hərbi jurnalist Aleksandr Qolts məqalə müəllifinə söyləyib.

"Əgər bu gün ordusuz general sayılan Andrey Kartapolov sovet dövründə olduqca qüdrətli olan hərbi-siyasi idarənin səlahiyylətlərini tam əlinə keçirsə və tətbiq etsə, bu zaman o, rejimin ən ağır fiqurlarından birinə çevriləcək”, - Qrinşpan belə bir nəticəyə gəlib.

Musavat.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300