Təbrizdə gərginlik yaşanır: hər yerdə polis... - Video

 

Sosial şəbəkələrdə Təbrizin Şah Gölü parkında polis əməkdaşlarının mümkün etiraz aksiyasının qarşısını almaq məqsədi ilə oraya toplaşan insanları ərazidən uzaqlaşdırdığını əks etdirən video paylaşılıb.

Axar.az xəbər verir ki, videoda ETTELAAT və polis əməkdaşlarının etirazların baş qaldıra biləcəyi ərazilərə toplaşdığı görünür.

Azərbaycan şəhərlərində qiyamın baş verməsindən narahat olan rejim Təbrizin əsas meydan və xiyabanlarında təhlükəsizlik tədbirlərini gücləndirib. Əylənmək istəyən gənclərin belə bir araya gəlməsinə icazə verilmir.

Qeyd edək ki, İranın bir neçə böyük şəhərində ölkənin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları başlayıb. Aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən dağıdılır, bir neçə şəhərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300