Abituriyentlərin ixtisas seçərkən diqqət etməli olduğu məqamlar

 

      Təhsil eksperti yeni yaradılmış ixtisasların önəmindən də danışdı

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edib. Belə ki, iyulun 30-da başlayan ixtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları "Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib, onların kodlarını DİM-in saytının müvafiq səhifəsində "Abituriyentin elektron ixtisas ərizəsi”nə daxil edib təsdiqləməlidir.

Bəs abituriyentlər seçim edərkən nələrə diqqət etməlidir? Düzgün ixtisas seçməyin yolları nələrdir?

"Yeni Müsavat” məsələnin aktuallığını nəzərə alaraq, təhsil eksperti Kamran Əsədovla əlaqə saxlayıb. O, öncə seçim zamanı abituriyentlərin yol verdikləri yanlışlıqlara diqqət yönəldib:"Artıq neftdən gələn gəlirlər azalıb. Ona görə də qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrılır. Təəssüf ki, abituriyentlər seçim edərkən boş ixtisaslar seçirlər. Onlar 4 ildən sonra təhsillərini başa vurduqda əmək bazarında onlara ehtiyac olub-olmamasını düşünmürlər. Əsas qonum-qonşuya, qohumlara ağızdolusu deyəcəkləri ixtisasları fikirləşirlər. İnsanlar təəssüf ki, kənd təsərrüfatı, aqronomluq, meşəçilik və s. ixtisaslarda təhsil almaq istəmirlər. Düşünürlər ki, qohumlara meşəçilik üzrə təhsil aldığını desə, ona güləcəklər, pis baxacaqlar. Bu yanlışdır. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan və kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Universitet bundan əlavə, abituriyentləri yüksək təhsilləyanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edəcək. Bütün bunlar üstünlükdür.

Artıq ixtisas seçimi başlayıb. Təəssüflər olsun ki, abituriyentlər əvvəlki ilin ballarını müəyyənləşdirən jurnala baxırlar. Onlar unudurlar ki, ”Abituriyent-2" jurnalında yazılan ixtisasın formalaşması üçün ötənilki abituriyentin balı və plan yeri nə qədər idi. Bu gün I, III və IV qrup abituriyentləri əvvəlki ilin balına uyğun seçim etsə, böyük ehtimal qəbul olmayacaq. Çünki bu il sözügedən qruplar üzrə yüksək bal toplayan abituriyentlərin sayı çoxdur. Onların sayı I qrupda 1200, III qrupda 1500, IV qrupda 1000 nəfərdən çoxdur. Abituriyent tibb ixtisasına keçən il 560 balla qəbul ola bilirdisə, bu il 600 balla risklidir. Bu, birinci tərəfdir.

İkinciyə gəldikdə isə abituriyent mütləq şəkildə keçənilki ballara yox, keçənilki abituriyentlərin sayına, yəni keçid balını toplayan, onun balına yaxın və balından çox bal toplayanların sayına baxmalıdır. Keçən ilki plan yeri ilə builki plan yerini müqayisə etməlidir. Bunlar ixtisas seçimi zamanı ən önəmli məqamlardır. Üçüncü məsələ təhsil haqqı artmış ixtisaslardır ki, onlar az seçilənlərdir. Bundan əlavə ingilis dilində təhsil verən ixtisaslar da bu qrupa aiddir. Bura 300-350 bal toplayanlar üçün uyğundur”.

Kamran Əsədov ile ilgili görsel sonucu

 

K.Əsədov yeni açılan ixtisas qruplarının önəmindən də bəhs edib:"Bu il yeni ixtisaslar açılıb. IV qrupda şərabçılıq, baramaçılıq kimi ixtisaslar yaranıb. Lakin yeni ixtisasların keçid balı yoxdur. Bu da abituriyentləri qorxudur. II ixtisas qrupunda Dillər Universitetində regionşünaslıq üzrə yeni ixtisaslar açılıb. Onların balı olmadığı üçün seçim etməkdən qorxmasınlar. Keçid balı yoxdursa, deməli, az adam oranı seçəcək və keçid balı aşağı olacaq”.

İxtisas seçimi ilə əlaqədar DİM də məlumat yayıb. Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib ki, ixtisas seçimi mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir. DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət etmək olar. "Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Könül İBRAHİM, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300