İtaliya polisi sağlı-sollu bütün ruspərəst radikalları həbs edir

 

Gənclər rus folosof Aleksandr Duqinin ideyalarına heyranlıq duyurlar

Bu yaxınlarda İtaliya karabinerlərinin (daxili qoşunlar) elit birliyi sayılan "Raggruppamento Operativo Speciale” (ROS-Xüsusi operativ bölük) müxtəlif radikal siyasi cərəyanlara mənsub şəxsləri həbs edib.

İspaniyanın "El Confidencial” qəzetinin yazarı İren Savionun verdiyi məlumata görə, bunların içində İtaliya ultrasağlarının keçmiş lideri, SSRİ-nin bərpasını arzulayan alban ultramillətçisi, İtaliyanın hakim "Liqa” partiyasının regional təşkilatının rəhbərinin oğlu belə var.

Müəllif bu şəxslərin Ukraynada döyüşmək üçün (Rusiyanın tərəfində) könüllü toplayan muzdlular qrupu tərəfindən yoldan çıxarıldğını yazır. Həmin qrupun İtaliya ərzisində xüsusi bazası olduğu da aşkar edilib.

Кто такие итальянцы, которые сражаются в рядаѠбоевиков в Донбассе. Вторая часть

 

Yazıda İtaliya hüquq-mühafizə orqanlarının əməliyyata hələ 2013-cü ildən start verdiyi qeyd olunub. Həmin vaxt ROS əməkdaşları Liquriya əyaləti və Vareze şəhəri arasında skinhedlərin qruplaşmasını müəyyən ediblər. Keçən həftə isə 6 nəfərin həbsinə sanksiya verilib. Bunlardan 3-ü - hərbiləşdirilmiş dəstənin üzvü Antonio Kataldo, alban Olsi Krutani və moldovalı Vladimir Verbiçii həbs olunub. Qalanları isə yerləri müəyyən olunmadığından beynəlxalq axtarışa verilib. Bunlar "Lucca 1988 qruplaşmasından, məşhur futbol xuliqanı Andrea Palmiyeri, istefada olan hərbçi, neofaşist Massimiliano Kavalleri və İtaliyanın yarıfaşist "Liqa” partiyasının Lombardiya əyalətinin Kayrate şəhər təşkilatına rəhbərlik edən Silvana Marinin oğlu Qabriele Karuqatidir.


 

Qabriele Karuqati Donbasda

Bəhs edilən qrup hansısa fond adı ilə guya Ukraynnın Donbas bölgəsinə humanitar yardım götürmək bəhanəsi ilə təşkil olunub.

"Məlum olub ki, radikal əhval-ruhiyyəli bu gənclərin hansı cərəyandan olması o qədər də əhəmiyyət daşımayıb. Həm sağdan, həm də soldan rus filosofu Aleksandr Duqinin ideyalarına meyl edən gənclər burada yoldan çıxarılıb”, - ROS polkovniki Luici İmperatore müəllifə söyləyib.

 

Картинки по запросу dugin

Aleksandr Duqin

Yazıda Duqinin Avrasiyaçılıq ideyalarının bu tip şəxslər üzərində böyük təsiri olduğu qeyd edilir.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300