ABŞ-ın "Politico” saytı Putinin Trampa verdiyi təklifləri açıqlayıb

 

Rusiya prezidenti Vladimir Putin iyulun 16-da iki ölkə başçısının Helsinkidə keçirilən zirvə toplantısında ABŞ prezidenti Donald Trampa nüvə tərksilahı ilə bağlı təşəbbüsləri özündə cəmləşdirən məktub təqdim edib.

Rusiyanın "Kommersant” qəzeti bu barədə ilk informasiyanın ABŞ-ın siyasət dairələrində populyar sayılan "Politico” saytında verildiyini xəbər edib.

Saytın bildirdiyinə görə, mətn V.Putinin şəxsən özü tərəfindən D.Trampa iki saattlıq görüş zamanı təqdim edilib.

"Politico”nu yazdığına görə, sənəd "Silahlanma üzərində nəzarət problemləri üzrə dialoq” adlanır.

Картинки по запросу putin trump helsinki

 

Rusiya burada ABŞ-a nüvə silahının sayını azaldacaq "Strateji hücum silahları” haqqında sazişi daha 5 il uzatmağı təklif edib. Moskva həmçinin Vaşinqtona "Kosmosda nüvə silahının yerləşdirilməsindən imtina olunması” haqqında müqavilə bağlanmasını zəruri hesab etdiyini bildirib.

Bundan başqa, Vladimir Putin amerikalı həmkarına pozucu silah növlərinin müəyyən olunması üçün ekspert qrupunun yaradılmasını təklif edib. Rusiya tərəfi həmçinin iki ölkənin xarici siyasət və hərbi idarələrinin başçıları arasında daimi əsasda danışıqlar keçirilməsi barədə təşəbbüs irəli sürüb. Burada Avropada hərbi fəaliyyətin aparılması zamanı insidentlərin önlənməsi və hərbi sahədə şəffaflığın artırılması kimi təkliflər paketi öz əksini tapıb.

Картинки по запросу zapad 2017

 

Ağ Ev hələlik sənədin həqiqiliyini təsdiq və ya inkar etməyib. Elə Kremldə də Putini təşəbbüsləri barədə informasiyaları şərh etməkdən boyun qaçırıblar.

Lakin sayt Vladimir Putinin Helsinkidə mətbuat konfransında söylədiyi sözləri xatırladıb. Burada Putin Moskvanın Vaşinqtona strateji sabitlik və kütləvi qırğın silahların yaylmasının qarşısının alınması ilə bağlı təkliflər verdiyini demişdi.//musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300