Təzəpir məscidinin təmirinə 2 milyon manat ayrıldı
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və
yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2
milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək
tapşırılır.