Kim daha çox kofe içirsə...

Kofe görmə qabiliyyətini qorumağa kömək edir. Bu içkinin tərkibindəki kimyəvi birləşmələr qlaukoma xəstəliyi olanlarda tor qişanı qoruyur.

Nyu-Yorkun Kornella Universitetinin elm adamları iddia edirlər ki, kofe öz antioksidant tərkibinə görə qlaukoma ilə effektiv mübarizə aparır. Bu içkidə xlorgenik turşu və kofe turşusunun mürəkkəb efiri 7-9 faizdir. Kofenin tərkibində kofein cəmi 1 faizdir.

Xlorgenik turşu görmə zəifləyəndə və tor qişanın deqenerasiyasında faydalıdır. Bundan başqa, antioksidantlar qocalma prosesini ləngidir və diabetlə mübarizədə faydalıdır. Təcrübə həmişəki kimi siçanlar üzərində aparılıb. Alimlərin fikrincə, qlaukomadan əziyyət çəkənlər üçün gündə bir fincan kofe kifayətdir ki, effektivliyi hiss etsinlər. Bundan öncə də kofenin Parkinson xəstəliyindən qoruduğu ortaya çıxıb.//Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300