Türkiyədə yağış 4 körpünü aşırtdı - Yaralılar var
Türkiyənin şimalındakı Ordu vilayətində leysan yağışları nəticəsində 4 körpü aşıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Daha bir körpünün aşma riski mövcuddur. Qeyd olunur ki, yaxınlıqda yerləşən tekstil fabrikində 165 nəfər təxliyə olunmağı gözləyir.
Təxliyənin həyata keçirilməsi üçün bölgəyə helikopterlər cəlb olunub.