Bu gün jurnalist Rasim Əliyevin anım günüdür (FOTOLAR)

Bu gün jurnalist Rasim Əliyevin "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun fanatları tərəfindən öldürülməsinin 3-cü ildönümüdür.

 

Qaynarinfo-nun verdiyi xəbərə görə, Rasim Əliyev 2015-ci il avqustun 8-də döyülüb və ertəsi gün xəstəxanada vəfat edib. Onun ölüm işi üzrə 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynovun adı keçib. C.Hüeynovun işi ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu CM-in 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

 

Amma 1 il 2 aydan sonra Bakı Apelyasiya Məhkəməsi Cavid Hüseynovu vaxtından əvvəl azadlığa buraxıb.

 

Digər beş nəfər R.Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzası alıb. Jurnalistin döyülərək ölməsinə onun C.Hüseynov haqqında tənqidi status yazması səbəb olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300