Putini gözləyən təhlükə: Bunu etməsə, ölkə komaya düşəcək   

 

Rusiyaya qarşı sanksiya mexanizmi yenidən işə düşdü. Dünən ABŞ Senatına təqdim olunmuş sanksiya qanununun mətninin yayılması Rusiya maliyyə bazarlarında çaxnaşma yaratmışdı. Proses bu gün də davam edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, ABŞ hökuməti tərəfindən Skripal işi ilə əlaqədar Rusiyaya qarşı ikimərhələli sanksiya planının elan olunmasıdır:

"Xəbər dünən axşam yayıldı, bu gün birjalar açıldıqdan sonra Rusiya şirkətlərinin səhmlərində növbəti ucuzlaşma başladı. "Aeroflot”un səhmləri 12%-dən çox, "Sberbank”ın səhmləri 6% civarında, VTB-nin səhmləri 7%-dən çox ucuzlaşdı, rubl da düşməyə davam etdi. Avqustun 22-dən etibarən ABŞ Rusiyaya milli təhlükəsizlik sahəsi ilə bağlı olan elektron qurğuların və onların komponentlərinin, o cümlədən aviasiya sahəsində istifadə olunan cihazların ixracını tam dayandıracaq. Bu, kimyəvi və bioloji silahlar üzərində nəzarət və onların tətbiqinin qadağan olunması haqqında 1991-ci il tarixli qanuna əsasən edilir. ABŞ şərt qoyur ki, Rusiya bu tip silahlardan bir daha istifadə etməyəcəyinə dair 3 ay ərzində təminat verməli və öz ərazisinə beynəlxalq müfəttişlərin buraxılmasına razılaşmalıdır. Əks təqdirdə, sanksiyaların ikinci, daha ağır mərhələsi başlayacaq. Rusiya ilə diplomatik əlaqələrin səviyyəsi aşağı salınacaq (səfir geri çağırılacaq), "Aeroflot”un və Rusiya hökumətinin nəzarətindəki digər aviaşirkətlərin ABŞ-a uçuşları dayandırılacaq, qida məhsulları istisna olmaqla, ABŞ-dan Rusiyaya ixracat tam dayandırılacaq və bu ölkədən ABŞ-a idxal (o cümlədən neft və neft məhsulları) qadağan ediləcək, Rusiyaya beynəlxalq maliyyə qurumlarından yardım və kreditlərin ayrılması əngəllənəcək”.

Politoloq qeyd edib ki, sözügedən qanun indiyədək yalnız iki ölkəyə qarşı tətbiq edilib:

"Bu qanun 2013-cü ildə Suriyaya, 2018-ci ildə Şimali Koreyaya qarşı tətbiq edilib. Rusiya faktiki bu ölkələr və İranla eyni kateqoriyaya aid edilir və onun qarşısında kimyəvi silahlarının saxlanıldığı hərbi obyektlərini beynəlxalq müfəttişlərə açmaq tələbi qoyulur. Aydındır ki, Moskva alçaldıcı görünən şərtləri yerinə yetirməyəcək, bunu şərt qoyanlar da bilir. Belə görünür ki, Putin geri addım atmasa, onun qarşıdakı 5,5 illik səlahiyyət müddətində sanksiyalar ağırlaşmaqda davam edəcək, nəticədə Rusiya iqtisadiyyatı komaya düşəcək. Böyük ehtimalla ABŞ-ın sanksiyalarına Britaniya da qoşulacaq”.

Qeyd edək ki, keçmiş casus Sergey Skripalla bağlı Rusiyaya sanksiyalar avqustun 22-si işə düşəcək.

Yeni sanksiyalar 2 fazaya bölünəcək. İlk fazada Rusiyaya elektron cihazların və ehtiyat hissələrin ixracatı tamamilə qadağan olunacaq. İkinci sanksiya paketi isə Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyi barədə zəmanət verməyəcəyi təqdirdə, 3 ay sonra isə düşəcək.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300