Təhsil eksperti və DİM qarşıdurması -hər iki tərəf özünü haqlı sayır

 

596 bal topladığını halda tələbə adını qazanmadığını iddia edən abituriyent İbrahim Əsgərinin məsələsi Dövlət İmtahan Mərkəzi(DMİ) ilə təhsil eksperti Kamran Əsədov arasında yaranmış qalmaqal səngimir. DİM Kamran müəllimi məhkəmə verəcəyini bildirib.

Məsələ ilə bağlı müsavat.com-a danışan təhsil eksperti K.Əsədov bildirir ki, ona avqustun 15-i, saat 18:50-də abituriyentin valideynləri tərəfindən müraciət olub:"Zəng edib dedilər ki, övladımız qəbul imtahanlarında 596 bal toplayıb ixtisas seçimi etsə də heç bir yerə qəbul ola bilməyib. Baxmayaraq ki, o öz balından aşağı olan yerləri seçmişdi. Elektron ərizəsi göndərmələrini xahiş edim. Onlar da mənim votsap ünvanıma İbrahim Əsgərinin 529 və 596 bal topladığı və 15 ixtisas seçimi etdiklərini əks etdirən sənədin "screen” edilmiş nüsxə şəklini göndərdilər. Məsələ məndə təəccüb yaratdığı üçün onların öz razılığı ilə feysbuk səhifəmdə paylaşdım. Məqsəd məndən daha təcrübəli olan şəxslərdən məsələnin nə yerdə olduğunu öyrənmək idi. Bu məsələ ilə bağlı yazdığım status da hələdə qalır. Həmin statusdan bir az sonra DİM-in əməkdaşı əvvəlcə mənə zəng edərək, sonrada SMS yazaraq təkzib yazmağımı, bu olmayacağı təqdirdə məni məhkəməyə verəcəyini, dedi. Mənə bildirdilər ki, abituriyentin mənə təqdim etdiyi sənədin fotoşopdur. Bunun ardınca mən iki dəfə DİM-in bu məsələ ilə bağlı mövqeyini əks etdirən status yazdım. Baxmayaraq ki, DİM tərəfindən mənə təkzib etmək üçün heç bir tutarlı sənəd, sübut təqdim edilməmişdi. Hətta indiyə qədər də mənə abituriyentin həqiqi nəticəsinin neçə olduğu barədə heç bir məlumat verilməyib. Mən şifahi qaydada deyilən hansısa bir informasiya ilə bağlı təkzib verməli idim? Baxmayaraq ki, iki dəfə bu məsələ ilə bağlı DİM-in mövqeyini eyni profildə yazaraq qeyd etmişəm”

ПоѠожее изображение
K.Əsədov məsələ ilə bağlı abituriyent, onun valideynləri ilə saat 12 radələrində DİM-in inzibati binasının qarşısında görüşdüklərini deyir:"Sonra DİM -in əməkdaşı ilə görüşdük və şifahi qaydada bu sənədin saxta - fotoşop olduğunu bildirdi və bizi saat 3-də keçiriləcək mətbuat konfransına dəvət etdi. Saat 15:00-da DİM-in inzibati binasında həmin abituriyentin ailə üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi. Burda DİM rəhbəri iddia edir ki, mən təkzib verməmişəm. Halbuki mətbuat konfransı saat 15:00-da başlayıb və mən buna qədər DİM-in mövqeyinin əks olunduğu və KİV-lərdə də gedən iki status yazmışdım. Üstəlik abituriyentin iddiasının əsassız olduğunu əks etdirən hansısa bir sənəd təqdim etməmişdi ki, o sənəd əsasında mən daha geniş münasibət bildirim. Valideynlər tərəfindən mənə verilmiş istifadəçi adı və parol ilə onun elektron ərizəsinə girmək mümkün deyildi və bu barədə də DİM rəhbərliyinə mətbuat konfransında bildirdim. Mən bununla bağlı kiməsə müraciət etməyə məcbur və borcu deyiləm. Çünki vaxtı ilə DİM-ə, Təhsil Nazirliyinə kifayət qədər yazılı, elektron formada məktub, müraciət etmişəm və onlara heç bir cavab gəlməyib. Düzdür, müəyyən vaxtlarda şəxsi telefon ilə onların əməkdaşları ilə mənə olunan müraciətlərlə bağlı sual ünvanlayanda operativ cavab verib, həll ediblər. İndi DİM iddia edir ki, onların nüfuzuna xələl gətirmişəm. Mən bu məsələ ilə bağlı DİM-in nüfuzuna hanısa bir xələl gətirdiyimi düşünmürəm. Çünki DİM-in mənə abituriyentin həqiqi nəticəsi ilə bağlı rəsmi sənəd təqdim etməməsinə baxmayaraq onların mövqeyinin əks etdirən status yazmışam. Təkrar edirəm ki, onlar mətbuat konfransı keçirənə qədər bu barədə yazmışam”.

Картинки по запросу Xanlar Xanlarzadə
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə qəzetimizə açıqlamasında deyir ki, KİV-də, xüsusən də feysbukda abituriyentin 596 bal topladığı halda ali təhsil müəssisələrinə qəbul olmaması haqda "skreen” olunmuş elektron ərizə forması paylaşılmışdı:"Paylaşan təhsil eksperti Kamran Əsədov idi. Elə bir təəssürat yaradılır ki, abituriyent yüksək bal toplasa da hər hansı bir ixtisasa yerləşdirilməyib. Biz dərhal bu məsələni araşdırdıq. Məlum oldu ki, həmin o paylaşılan ərizə forması saxtadır. Müəyyən kompüter proqramlardan istifadə etməklə onu düzəltmək, yəni balı dəyişmək olar. Dəyişdirilmiş materialı da Kamran müəllim öz feysbuk səhifəsində paylaşıb. Bu, bizim işgüzar nüfuzumuza zərbədir. Məsələnin əsl mahiyyəti belədir ki, həmin abituriyentin yaz imtahanında 410 bal, yay imtahanında 451 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin rəhbərliyinin də iştirakı ilə mətbuat konfransı keçirtdik. Mətbuat nümayəndələrini, Kamran müəllimi və həmin abituriyentin ailəsini də dəvət etdik. Abituriyentin nəticələri ilə bağlı məlumatlar onun şəxsi səhifəsində var. Nə qədər bal toplayıb və s. Abituriyent özü istifadəçi adı və şifrəni yazıb öyrənə bilər. Abituriyentin ailəsi DİM-ə müraciət etsə, onlara imtahanda istifadə olunmuş cavab kartını təqdim edə bilərik. Kamran müəlliminlə bağlı rəhbərlik qərar verəcək, məhkəməyə veriləcək, ya yox”.

Ləman Mustafaqızı, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300