"Kaspersky Lab":Messenger və sosial şəbəkələrə olan hücumlar artıb

 

"Kaspersky Lab" şirkətinin ekspertləri sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb.

Uluyol.az Report-a istinadən xəbər verir ki, şirkətinin analitiklərinin müşahidələrinə əsasən, fırıldaqçılar öz kontentlərinin daha geniş yayılması üçün tez-tez "WhatsApp" tətbiqindən istifadə edirlər.

Bu cür ismarıclar, əsasən, mövcud olmayan uduşlar və digər sərfəli təklifləri özundə əks etdirir.

Öz növbəsində "Twitter" sosial şəbəkəsində başqa bir fırıldaqçılıq sxemindən istifadə olunur. Burada cinayətkarlar məşhur şəxslərin və şirkətlərin adından saxta hesablar yaradır və ödənişsiz kriptopulların paylandığını idddia edirlər. Bu cür "mükafat"ı əldə etmək üçün isə ismarıcda göstərilən kripto pulqabına müəyyən miqdarda kriptovalyuta köçürmək lazımdır, bunun qarşılığında isə həmin məbləğin bir neçə misli vəd edilir.

"3 hesabat ayı ərzində bizim antifişinq sistemimiz 107 milyondan çox fişinq səhifələrinə keçid cəhdinin qarşısını alıb ki, bu da ötən rüblə müqayisədə 17 milyon dəfə daha çoxdur. Bu cür artım, əsasən, ondan xəbər verir ki, istifadəçilərin böyük bir qismi fişinq təhlükəsini düzgün qiymətləndirmir ,diqqətsizlik ucbatından və ya məlumat azlığından fırıldaqçıları müəyyən edə bilmirlər", - deyə "Kaspersky Lab" şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300