Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın əvvəlində Tehranda ayrıca görüş keçirə bilər.
"Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskova istinadən "İzvestiya" nəşri yazıb.
"Sentyabrda Tehranda keçiriləcək Rusiya, Türkiyə və İran
sammiti çərçivəsində prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
arasında ayrıca danışıqlar baş tutacaq", - deyə nəşr Peskovun sözlərini
sitat gətirib.