Boksçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq

 

Avqustun 18-24-də Rusiyanın Qroznı şəhərində kişi boksçular arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmamızın məşqçilər korpusu Qroznıda 10 boksçuya şans verəcək. Komandamız turnirdə Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilə təmsil olunacaq.

Millimiz səfərə bu gün yola düşəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300