Azərbaycanda buzlaqlar sürətlə əriyir -HƏYƏCAN TƏBİLİ

 

Son 10 ildə respublikanın daxili və transsərhəd çaylarının sululuğunda azalma tendensiyası müşahidə olunur.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin baş hidroloquAsif Verdiyevdeyib.

Onun sözlərinə görə, bu ilin avqust ayında buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, buzlaqların sahəsi 2.4 km2 təşkil edib:

"Bununla yanaşı, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması müəyyən olunub. Bu da iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosesinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın ərazisində dağ buzlaqları Bazardüzü,Tufandağ, Şahdağ,Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir.

O zaman ümumi sahəsi 4,9 km2 olan səkkizbuzlaq müəyyən edilib.1960-cı ildə isə buzlaqların sahəsi 3,2 km2 təşkil edib”.

Asif Verdiyev qeyd edib ki, su ehtiyatlarımızın azalır:

"Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlər görülməlidir. Buzlaqların sahəsinin azalması ilə yanaşı, həm də son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində respublikanın su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhədinin yüksəkliyə doğru qalxması müşahidə olunmaqdadır.

Respublikanın daxili çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət və çoxillik müqayisələr ETSN-nin Milli Hidrometeorologiya Departamenti tərəfindən 103 hidroloji məntəqədə müşahidələr aparılır.

Monitorinqlər zamanı gündə ikidəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr olur. Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə Respublikanın daxili çaylarının, eyni zamanda, transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə edilir”.

Baş hidroloq bildirib ki,analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılıb və həmin dövrdə sululuqda azalma müəyyən olunub:

"Eyni zamanda, Kür çayının yuxarıvə aşağı hissəsində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsi üzərində çoxillik təhlillər aparılıb. Aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı, həm də aşağı hissəsidə suyun səviyyəsində azalma baş verməkdədir.

Bunun əsas səbəblərdən biri də son illər dağlıq ərazilərə yağan qar ehtiyatının normadan az olması, düşən yağıntının azalması və eyni zamanda, yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artmasıdır.

Hal-hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən illə müqayisədə 20-30 sm aşağıdır. Respublikanın dağ çaylarında hazırda sululuq Böyük və Kiçik Qafqazın çaylarında ongünlük normaya yaxın və bir qədər azdır. Ən aşağı sululuq Naxçıvan MR və Lənkəran-Astara bölgəsinin çaylarında müşahidə olunur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300