Qohum evlilik məsələsi daim cəmiyyətdə müzakirə və mübahisə mövzusuna səbəb olub. Bir qrup insan qohum evliliyi məqsədəuyğun hesab etsə də, digərləri bunun düzgün olmadığı qənaətindədirlər.

Məsələyə münasibət bildirən həkim-genetik Eldəniz Bayramov deyib ki, istər qohum evlilik olsun, istərsə də yad evlilik - hər ikisinin müsbət və mənfi tərəfləri var.

Onun fikrincə, qohum evlilik o zaman məsləhət görülmür ki, onların nəslində hansısa bir irsi xəstəlik var: "Belə olan halda yad evliliyə üstünlük verilməsi daha məqsədəuyğundur. Ancaq əgər nəsildə irsi xəstəlik yoxdursa, qohum evlilik heç bir problem yaratmır. Əgər nəsil sağlamdırsa, niyə də qohum evlilik olmasın?! Hətta qohum evliliyin bir üstün cəhəti var - bəzən elə olub ki, nəsildə hansısa istedad olub və həmin istedad nəsildən-nəslə daha yaxşı üzə çıxıb”.

E.Bayramov bildirib ki, yad evliliyin mənfi cəhəti isə odur ki, insan yad bir nəslin nümayəndəsi ilə evlənirsə, həmin nəsildə olan xəstəliklər bu nəsilə də ötürülə bilər: "İstər qohum evlilik olsun, istərsə də yad, hər ikisində məsləhət almaq vacibdir. Digər tərəfdən, ola bilər ki, ailə quran cütlüklərdən hər hansı biri vaxtilə hansısa xəstəlikdən əziyyət çəkib. Bu zaman uşaqlar da bu xəstəlikdən əziyyət çəkə bilər”.

Evlənməzdən öncə bir sıra yoluxucu xəstəliklərdən müayinənin artıq qanuni şəkildə qüvvədə olduğunu xatırladan E.Bayramov deyib ki, bu, çox vacib məsələdir. Lakin həkim hesab edir ki, evlənən zaman yoluxucu xəstəliklərin yoxlanılması ilə yanaşı, genetik məsləhət alınması da yaxşı olardı: "Tutaq ki, qadın rezus mənfidir və müsbət rezuslu kişi ilə ailə qurur. Bu zaman əgər uşaq müsbət rezusla olarsa, bu, uşağın ana bətnində tələf olması, qan azlığı ilə doğulması, hətta bəzi hallarda qan xəstəlikləri ilə doğulmasına səbəb ola bilər”.

Həkim-genetik evlənən zaman qan qruplarına diqqət yetirilməsini də məsqsədəuyğun hesab edir. Onun fikrincə, əgər qadının qanı birinci qrupa aiddirsə, onun elə birinci qrup qanı olan kişi ilə evlənməsi məsləhətdir ki, uyğunsuzluq olmasın: "Əgər qadının qanı 2-ci qrupdursa, 2-ci qrup qanı olan kişi ilə, 3-cü qrupdursa, 3-cü və 1-ci qrup qanı olan kişi ilə, 4-cü qrupdursa, 4-cü və 1-ci qrup qanı olan kişi ilə ailə qura bilər. Əgər kişinin qan qrupu birdirsə, problem olmur, əgər 2-ci qrupdursa, yaxşı olar ki, 1-ci və 2-ci qrup qadınlarla ailə qursun, 3-cü qrupdursa, 1-ci və 3-cü qrup qanı olan qadınla ailə qura bilər, 4-cü qrupdursa, hansı qrupla evlənsə problem olmaz”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300