Türkiyəyə məxsus F-16 qırıcı təyyarələri Suriyanın Harcələ bölgəsində İŞİD mövqelərini bombalayıb.
Uluyol.info Axar.az-a istinadən xəbər verir ki, bu gün Türkiyənin Suriyada genişmiqyaslı əməliyyat keçirdiyi, İŞİD-in qərarlaşdığı strateji əhəmiyyətə malik Harcələ kəndini vurduğu bildirilib.
Türkiyə qırıcılarının bombardmanından dərhal sonra türkmanlardan ibarət 600 nəfərlik ordu həmin bölgədə quru əməliyyatı keçirib.
Hücum nəticəsində İŞİD-in türkman bölgələrində irəliləyişi dayandırılıb.