«Gulf Drilling Azerbaijan» şirkətində insan amili arxa plandadır
Bu şirkət vasitəsilə hər il milyonlarla vəsaitin silindiyi iddia olunur.

Baş direktor İlham Babayev işçiləri ağır şəraitdə işlətməklə mövcud qanunların tələbini pozur.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Gulf Drilling Supply FZE» servis şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan "Gulf Drilling Azerbaijan”la bağlı mətbuata maraqlı məlumatlar daxil olub. İnformasiya sızdıran mənbə bildirir ki, İlham Babayevin baş direktor olduğu şirkətdə fəhlələrin əmək hüquqları kobudcasına pozulur: 
«İlk öncə onu demək istəyirəm ki, adıçəkilən şirkət qazma qurğuları sahəsində fəaliyyət göstərir. Neft və qaz yataqlarında qazma, köhnə quyularda əsaslı təmir işləri həyata keçirirlər. Şirkətin əsas sifarişçiləri arasında "AzGerneft” MMC-nin adı ön sırada gedir. Bu müəssisə üçün ötən müddət ərzində bir neçə quyu qazılıb. "Gulf Drilling Azerbaijan” şirkətinin direktoru İlham Babayev insan amilinə demək olar ki, önəm vermir. 

Belə ki, quyuların qazılmasına, eləcə də təmir işlərinə cəlb edilən fəhlələr təhükəsizlik qaydalarına əməl edilmədən ağır şəraitdə işlədilir. Bu səbəbdəndir ki, iş prosesində fəhlələrin əksəriyyəti müxtəlif dərəcəli bədən xəsarətləri alır. 

Bəzi hallarda işçilərin maaşı vaxtında verilmir. Bundan başqa, şirkət rəhbərliyi ölkə qanunlarının tələblərini pozaraq işçiləri iş saatından artıq işlədir. Amma bunun müqabilində işçilərə əlavə iş saatına görə artıq maaş yazılmır. Şirkətin quruda yerləşən neft və qaz yataqlarında, Xəzərətrafı regionlarda neft, qaz və su quyularının qazılması, quyuların əsaslı təmiri, neft hasilatının artırılması istiqamətində fəaliyyəti demək olar ki, heçə bərabərdir. 

2007-ci ildən Azərbaycanda fəaliyyət göstərən bu şirkət bəzi məmurların şəxsi maraqlarına xidmət edir. Onlar bu şirkətin vasitəsilə külli miqdarda vəsait silirlər». 

«Gulf Drilling Azerbaijan» şirkətinin sifarişçilərinə nəzər salanda görürük ki, «Suraxanı Oil” ƏŞ, "Balaxanı Oil” ƏŞ, "Bahar Energy” ƏŞ, "Qarasu” ƏŞ, "Gobustan” ƏŞ və "Binaqadi Oil” ƏŞ, "Shirvan Oil” ƏŞ, "Azərsu” ASC, habelə "AzGerneft” MMC kimi şirkətlərin adı var. Bu isə o deməkdir ki, sözügedən şirkət hər il milyonluq layihələrə cəlb edilir. Şirkətdə cərəyan edən qanunsuzluqlarla bağlı başqa məlumatlar da var. Həmin informasiyalar ətrafında geniş araşdırma apardıqdan sonra yaxın günlərdə böyük yazı hazırlayacağıq.(xalqxeber.az)

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də cavablarını dərc etməyə hazırdır.
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300