Azərbaycanlı jurnalistin filmini 5 Avropa ölkəsində təqdim ediləcəkXocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların taleyindən bəhs edən "Böyüməyən uşaqlar” filmi alman dilinə tərcümə edilərək, Avropa ölkələrində nümayiş olunacaq.

Modern.az saytı xəbər verir ki, bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanın haqq səsini Avropa ölkələrində yaymaqdır. 

Diaspor təşkilatının rəhbəri bildirib ki, alman xarici dilə tərcümə olunandan sonra "Böyüməyən uşaqlar” filmi ilkin olaraq Brüssel (Belçika), Vyana (Avstriya), Vülnüs (Litva), Bern (İsveçrə) şəhərlərində nümayiş etdiriləcək. Daha sonra onun digər ölkələrdə nümayişi də planlaşdırılır.

Bu, Alman Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində həyata keçirdiyi təbliğat xarakterli tədbirlərdən biridir.

Tədbirlər Alman Azərbaycan Mədəniyyət Evinin və Parlament Jurnalistlər Birliyinin  birgə təçkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının ideya və ssenari müəllifliyi əsasında çəkilən "Böyüməyən uşaqlar" filmi "Xocalıya ədalət” kampaniyası çərçivəsində ərsəyə gəlib.

Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilib.

Filmə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Rövşən Rzayev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov dəstək olublar.

Filmin quruluşçu rejissoru Cavanşir Eladısoy, rejissoru isə Tural M.Məmmədzadədir. Film ingilis dilinə iki xanımın vasitəsilə çevrilib.




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300