Neftçala rayon icra başçısı İsmayıl Vəliyev rayon haqqında sosial şəbəkələrdə sərt status yazanlara hədə-qorxu gəlir. 


Bu barədə Moderator.az saytına adının çəkilməsini istəməyən Neftçala sakinləri məlumat  verib.

Bildiriblər ki, Facebookda sosial problemlərdən gileylənən sakinləri icra başçısı kabinetinə gətizdirərək hədə-qorxu gəlir. Bir də Facebookda rayon  haqqında status yazacaqları təqdirdə onları həbs etdirəcəyini deyir.

Sakinlər qeyd ediblər ki, başçı şəxsən özü saxta profillə Facebooku izləyir, rayon haqqında səhifələri nəzarətdə saxlayır. 

Başçı qaz-işıq problemlərindən şikayət edən sakinlərə tapşırıq da verir: "Gedin inkişafdan, tikinti-quruculuq işlərindən yazın, problemlərdən yazsanız sizi həbs etdirəcəm".
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300