Ukraynada azərbaycanlı ailə yoxa çıxıb

 

Ukraynanın Luqansk vilayətinin Aleksandrovsk şəhərində yaşayan azərbaycalnlı ailə artıq bir həftədir ki, yoxa çıxıb.

"Report”un əldə etdiyi məlumata görə, bunlar ailə başçısı, əslən Azərbaycanın Şəmkir rayonundan olan, 1980-cı il təvəllüdlü iş adamı Məmmədov Qiyas Şahmar oğlu, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Larisa Tacir qızı, ailənin 14 yaşlı üzvü Məmmədova Sonya Qiyas qızı və 12 yaşlı üzvü Məmmədov Ruslan Qiyas oğludur.

Azərbaycanlı ailə Ukraynanın şərqində münaqişə başlayandan sonra 2014-cü ildə yaşadıqları şəhəri tərk edərək Odessa şəhərinə köçsələr də, 2 il sonra yenidən Aleksandrovsk şəhərinə qayıdıblar. Ötən həftə isə Luqansk şəhərinə yaxınlarına qonaq getmək məqsədi ilə evdən çıxan ailə getdikləri ünvana çatmayıb, onlarla bütün əlaqələr tamamilə kəsilib. Yerli polis ailənin axtarışı barədə elan verib.

Qeyd edək ki, Luqansk şəhəri tanınmayan "Luqansk Xalq Respublikası”nın nəzarətindədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300