Pentaqon: "Artıq çəki ABŞ-ın milli təhlükəsizliyi üçün təhdidə çevrilib”

 

ABŞ Müdafiə Nazirliyinə bu yaxınlarda ölkənin milli təhlükəsizliyinə yaranan yeni təhdid barədə həyəcanlı raport təqdim edilib.

Özü də məruzə istefada olan general və admiralların daxil olduğu təşkilat tərəfindən hazırlanıb.

Bu dəfə hədəfdə nə Rusiya, nə də Çin deyil. Problem ABŞ vətəndaşlarında, daha doğrusu, onların həddən artıq kökəlməsindədir.

"Stern” jurnalının verdiyi məlumata görə, ABŞ gənclərinin azı üçdə bir hissəsi artıq çəkilərinin ucbatından orduya cəlb oluna bilmirlər.

Sənəd müəlliflərini fikrincə, amerikalı gənclər arasında piylənmənin geniş şəkildə yayılması hərbi qulluqçuların çağırışına ciddi əngəl törədir.

"Piylənmə xalqımızın sağlamalığının əsl bəlasına çevrilib. İndi isə bu dövlətin milli təhlükəsizliyi məsələsi halına gəlib”,- deyə məqalədə məruzədən kiçik çıxarış gətirlib.

Sənədə əsasən, ABŞ ordusu son 13 ildə nəzərdə tutulan 76,5 min çağırışçını orduya cəlb edə bilməyib. Buna görə ABŞ-ın 17-24 yaş arası gənclərin 71%-i ümumiyyətlə silahlı qüvvələrdə qulluq etməyə yaramır. Buna əsas olaraq əlaqədar 3 səbəb- narkotik asılılığı, təhsilin azlığı və artıq çəki göstərilib.

Ümumiyyətlə, statistika ABŞ üçün heç də ürəkaçan deyil. "The State of Obesity 2018” təşkilatının məlumatına görə, ABŞ-ın 7 ştatında piylənmə 35%-i keçib. Ölkə üçün bu epidemiyaya bərabər tutulur.

Amerikalıların artıq çəki üzündən məsrəfləri isə ildə 149 milyard dolları ötüb. Özü də bu hələ piylənmənin yaratdığı xəstəliklərlə bağldır. Əlavə 66 milyard dollar isə artıq çəkinin gətirdiyi iqtisadi problemlərlə əlaqədardır.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300